- Azərbaycan Respublikasında qanuna əsasən bir təqvim ayı ərzində xaricdən sifariş üçün limit məğləb 300 dollar təşkil edir. Şəxsi istifadə limitinə daxil olan məhsulların kommersiya məqsədli olmadığı və məhz şəxsi istifadə üçün nəzərdə tutulduğu əsaslandırılmalıdır. Fiziki şəxs, nəzərdə tutulmuş şəxsi istifadə limitini keçdikdə və onun malının kommersiya məqsədli olduğu müəyyənləşdirildikdə, mal gömrük orqanı tərəfindən əlavə dəyər vergisinə və gömrük rüsumuna tabe edilir.
- Məhsul gömrükdə saxlanıldıqda, daşıyıcı sifarişçiyə bu barədə məlumat verir. Sifarişçi yükün daşınma haqqını daşıyıcıya ödəməklə, məhsulu gömrükdən çıxarmaq üçün lazım olan barkodu əldə edə bilər. Gömrük dəyəri bir ay ərzində 300 (üç yüz) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi limiti keçən miqdarın 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.
- Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 300 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
- Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.
- Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxs özü cavabdehdir.
- Daşıyıcı məhsulu vəd etdiyi müddətdə çatdırmağın məsuliyyətini öz üzərinə götürür. Sifarişçidən asılı olan hər hansı bir səbəbdən ( məhsulun daşıyıcıya bəyan edilməməsi, məhsulun gömrüyə bəyan edilməməsi və b.) yaranan gecikmənin məsuliyyətini daşıyıcı daşımır.
- Daşıyıcı, satıcıdan qaynaqlanan problemlərə ( fərqli rəng, ölçü və b.) görə məsuliyyət daşımır.
- Məhsullar daşıyıcının xarici anbarında 30 gün müddətində, ölkədaxili anbarında 15 gün müddət ərzində saxlanılır. Məhsul müyyən edilmiş müddət ərzində sifarişçi tərəfindən götürülmədikdə, daşıyıcı məsuliyyət daşımır.
- Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır.
- İstifadəçi bağlamalarını "Garanti Kargo" ofisini tərk etmədən yoxlamalı, hər hansı bir zədə və ya çatışmazlıq olduğu təqdirdə şirkəti məlumatlandırmalıdır. Əks təqdirdə zədələnmiş bağlamalara görə şirkət məsuliyyət daşımır!
- Sına biləcək əşyalar daşınma öncəsi sığortalanmır. Bu kimi məhsullar göndərici (satıcı) tərəfindən xəsarət almayacaq şəkildə qablaşdırılmalıdır. Daşınma zamanı yaranmış hər hansı bir problemə görə şirkət məsuliyyət daşımır!
Digər bölmələr